Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimi ABŞ-da çap olunan kitabın bir hissəsini yazıb
26.10.2020 14:28
  • A-
  • A
  • A+

Azərbaycan alimi ABŞ-da çap olunan kitabın bir hissəsini yazıb

ABŞ-ın Cənubi Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti tərəfindən “Post sovet münaqişələri: otuz illik böhranlar” (“The Post-Soviet Conflicts: The Thirty Years’ Crisis”, Lexington Books, 2020. 398 pages.) kitabı çap olunub.

Professorlar Ə.Əskərov, S.Bruks və L.Çanturidzenin redaktoru olduğu nəşrin “Xəzər mübahisəsi” adlanan hissəsini (səh.243-259) Qafqaşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı yazıb. Alim mötəbər arxiv mənbələri əsasında Xəzər dənizinin hüquqi statusu məsələsinin meydana çıxması, ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən proseslər, Xəzəryanı dövlətlərin mövqeləri, Xəzərdə münaqişə və b. məsələləri təhlil edib.

Kitabda Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, gedişi və nəticələri Cənubi Karolina Universitetinin professoru Ə.Əskərovun yazdığı “Dağlıq Qarabağ münaqişəsi: sovetlərin sonunun başlanğıcı” adlı hissəsində araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: