Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəbhədə olan rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib
23.10.2020 14:35
  • A-
  • A
  • A+

Cəbhədə olan rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) rəhbərliyi və ŞAR Həmkarlar Komitəsinin təşkilatçılığı ilə səfərbərliyə cəlb edilmiş rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib.

Xalqımızın öz tarixi torpaqları uğrunda Vətən müharibəsinə qalxdığı bir vaxtda bu müqəddəs amal uğrunda cəbhədə qanı və canı bahasına mübarizə aparan əsgərlərimizin ailələrinə mənəvi dəstək olmaq üçün rəsədxana rəhbərliyi ilə Həmkarlar Komitəsinin nümayəndələri tərəfindən cəbhədə xidmətə yollanan əməkdaşların ailələrinə baş çəkilib, onlara ərzaq yardımı və maddi yardım göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün 28 sentyabr 2020-ci il tarixindən etibarən ölkə ərazisində qismən səfərbərlik elan edilib ki, rəsədxana əməkdaşlarından da 5 nəfər ordu sıralarına cəlb olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: