Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc seysmoloqlar düşmənlə informasiya müharibəsində yaxından iştirak edirlər
23.10.2020 11:52
  • A-
  • A
  • A+

Gənc seysmoloqlar düşmənlə informasiya müharibəsində yaxından iştirak edirlər

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

İclasda şura üzvləri il ərzində görülən işlər, eləcə də gənc mütəxəssislərin yerli və beynəlxalq konfranslarda iştirakları ilə bağlı məqalələrin və tezislərin hazırlanmasına dair müzakirələr aparıblar.

Həmçinin COVID-19 pandemiyası ilə mübarizə sahəsində insanların məlumatlandırılması işinə dəstək verilməsi, o cümlədən sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi nəticəsində başlayan Vətən müharibəsində gənclərin düşmən ölkə ilə aparılan informasiya müharibəsində yaxından iştirakına dair məsələlərə toxunulub.

Bildirilib ki, bu gün Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan şəhərlərimizi, qəsəbələrimizi, onlarla kəndlərimizi, yüksəkliklərimizi azad edib və hazırda rəşadətlə vuruşurlar. Azərbaycan xalqının öz Ali Baş Komandanına və ordusuna güvəndiyini bildirən şura üzvləri gənc seysmoloqların da bir əsgər kimi öz dövlətinin və Prezidentinin əmrində olduqlarını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: