Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının cari ildə 3-cü sayı nəşr olunub
21.10.2020 15:23
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının cari ildə 3-cü sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2020-ci ildə 3-cü sayı çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, nəşrin bu sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalda Əhməd Cəfəroğlunun “Azərbaycan və Anadolu dialektlərində monqol mənşəli ünsürlər”, İmre Paçainin “N.A.Baskakovun rus frazeologiyasında türk izləri haqqında nəzəriyyəsinə dair yeni məlumatlar”, Əhməd Sami Elaydinin “Hüseyn Cavidin “İblis” faciəsi (insanlıq fəlsəfəsi, ədalət və həqiqət axtarışları kontekstində)”, Xəzər Zeynalovun “Azərbaycan təsviri sənətində Atatürk obrazı” başda olmaqla bir çox orijinal məqalələrə yer verilib.

Jurnalın 3-cü sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət rubrikalarında Misir, Macarıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar dərc edilib. Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar işıq üzü görüb.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: