Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib
21.10.2020 12:34
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib

AMEA-nın Zoologiya İnstitutunun və akademiyanın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə müəssisənin aztəminatlı əməkdaşlarına ərzaq yardımı edilib.

İnstitutun direktoru vəzifəsini icra edən, b.e.d. Elşad Əhmədov bildirib ki, yardımın göstərilməsində məqsəd koronavirus pandemiyası dövründə müəssisə əməkdaşlarına sosial dəstək verməkdir. O, həmçinin çıxışında profilaktik söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət olunmasını tövsiyə edib.

Sonra çıxış edən AHİ sədri, professor Habil Qurbanov Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimizin azad olunması münasibəti ilə Zoologiya İnstitutunun əməkdaşlarını təbrik edib, hərbçilərimizə uğurlar arzulayıb. H.Qurbanov ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika rəhbərliyinin bütün zəruri addımları atdığını, təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonda institutun 83 əməkdaşına ərzaq yardımı göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: