Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.10.2020 15:05
  • A-
  • A
  • A+

Cəbhədə xidmətdə olan əsgər ailələrinə yardım edilib

Cəbhədə xidmətdə olan əsgər ailələrinə yardım edilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə rəşadətli ordumuzun sıralarında cəbhədə xidmət edən əsgərlərimizin ailələrinə, şəhid ailələrinə, işğaldan azad olunmuş torpaqların sakinlərinə, sosial vəziyyəti ağır olan əməkdaşlara ərzaq yardımı edilib.

Tədbirdə institutun direktoru, akademik Nazim Məmmədov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Aparatın rəhbəri Şəhla Əmirova iştirak ediblər.

Tədbirdə iştirak edən akademik Nazim Məmmədov Azərbaycan xalqının tarixi anların şahidi olduğunu, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından, tezliklə, tamamilə azad edəcəyini vurğulayıb. O, Gəncə şəhərində erməni təcavüzkarlarının dinc əhaliyə qarşı törətdikləri terrordan danışıb. Qeyd edib ki, Azərbaycan əsgərləri döyüşlərdə müharibə qurbanı olan günahsız vətəndaşlarımızın qisasını layiqincə alır.

A.Bayramov isə Azərbaycan Ordusunun inamla irəlilədiyini, tezliklə məcburi köçkün və qaçqınların şanlı ordumuzun azad etdiyi torpaqlara qaydıcağını, öz torpaqlarında abadlıq işləri aparacağını, firavan yaşayacaqlarını söyləyib.

Sitarə Bağırova bildirib ki, hazırda institut əməkdaşlarından 4 nəfərin övladı, 3 nəfərin həyat yoldaşı Vətən müharibəsində xilaskar ordumuzun tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda cəbhədə xidmət edirlər.  Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə erməni və onun himayədarlarından azad edəcək. S.Bağırova şanlı ordumuzun düşmən üzərində qələbə qazanacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: