Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2020 14:37
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda "Erməni xisləti hədəfdə" stendi hazırlanıb

Geologiya və Geofizika İnstitutunda "Erməni xisləti hədəfdə" stendi hazırlanıb

Sentyabrın 27-dən başlayaraq təcavüzkar və terrorçu Ermənistan hərbi birləşmələrinin hücumlarına qəhrəmanlıqla sinə gərən müzəffər ordumuzun hünəri AMEA-nın Geologiya və Geofizika İnstitutunda mütəmadi müzakirə olunur, mənəvi dəstək tədbirləri həyata keçirilir.

Belə ki, qurumun binasındakı monitorlar tamamilə cəbhə xəbərlərini əks etdirir. Bundan əlavə, müəssisədə Ermənistanın məkrli və terrorçu siyasətini əks etdirən karikaturalardan ibarət "Erməni xisləti hədəfdə" stendi hazırlanaraq nümayiş olunur. Karikaturaların müəllifi AMEA-nın müxbir üzvü Kərim Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: