Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənistan bəşəri cinayətinə görə cavab verməlidir!
19.10.2020 14:10
  • A-
  • A
  • A+

Ermənistan bəşəri cinayətinə görə cavab verməlidir!

Ali Baş Komandanın 17 oktyabr 2020-ci ildə Azərbaycan xalqına növbəti müraciəti strateji və siyasi-fəlsəfi mahiyyətli məzmun daşıyır. Prezidentin müraciətindəki məhz erməni anasına ünvanlanan fikirlər dünya ictimaiyyətinə həm də bir “terroru görün” çağırışıdır. Xocalı faciəsi baş verəndə ölkəmiz hələ keçmiş SSRİ-nin totalitar sistemindən yenicə qopmuşdu, ölçüsü olmayan Xocalı qətliamı haqda informasiyanı dünyaya çatdırmaq çətin idi. İndi isə informasiya cəmiyyətidir, anındaca istənilən hadisə və prosesin aşkarlanması, dünyaya çatdırılması dövrüdür. Növbəti dəfə Gəncədə mülki əhaliyə qarşı soyqırım törədildi. Bu, bəşəri cinayətdir. Ermənistan buna hərbi tribunalda cavab verməlidir.

Ali Baş Komandan “Uşaqlarınızı bizim torpaqlara buraxmayın” bəyanatı ilə dünyaya xəbərdarlıq edir ki, cəllad, faşist Ermənistan beynəlxalq hüquq normalarını saymırsa, bəs onda erməni anası, sən niyə övladını boş-boşuna, sənin olmayan torpaqda vuruşa göndərirsən?! Prezident müraciətində dünyaya bir daha mesaj verdi ki, biz öz ölkəmizdə, öz müqəddəs torpaqlarımız uğrunda vuruşuruq! Heç kimə zərər vurmamışıq və vurmuruq!

Məlumdur ki, 1929-cu ildən başlayaraq Beynəlxalq Humanitar Hüquq şöbəsi qadınlara xüsusi hörmət və münasibət göstərməyi Cenevrə Konvensiyasının üçüncü maddəsi ilə rəsmiləşdirdi. 1949-cu ildə isə Cenevrə Konvensiyasına əlavə müddəalar daxil edildi: “Hərbi münaqişələr zamanı qadın, uşaq və ahılların hüquqlarının toxunulmazlığı gözlənilsin”. Bu gün isə terrorçu Ermənistan bunu gözləmir. Belə ki, mülki əhalinin, silahsız qadın və uşaqlarımızın qisası Ali Baş Komandanımız, tarix yazan sərkərdəmiz İlham Əliyevin söylədiyi kimi “Döyüş meydanında alınır. Qarabağ Azərbaycandır!”

Mahnıda deyildiyi kimi: “Çəkil torpağımdan ey yağı düşmən, dünyanı üstümə qaldırdığın bəs edər”!  Var olsun şanlı ordumuz, fateh sərkərdəmiz, Ali Baş Komandanımız!

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Uca Tanrı ordumuzu, xalqımızı, vətənimizi və Prezidentimizi qorusun!”

Rəna MİRZƏZADƏ, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: