www.science.az
16.10.2020 14:21

Superkompüter üz üçün yeni növ maskanın hazırlanmasına kömək edib

Yaponiyalı tədqiqatçılar "Fudaku" superkompüterinin təqdim etdiyi məlumatlar əsasında üz üçün koronavirusa yoluxma riskini xeyli azaldan yeni maska hazırlayıblar.

"RIKEN" Tədqiqat İnstitutu artıq üz üçün yeni maskanı ictimaiyyətə təqdim edib. Maskanın "Suntory Liquors" içki şirkəti və "Toppan" poliqrafiya şirkəti ilə birlikdə hazırlandığı qeyd edilir.

Bildirilir ki, üz üçün yeni maska hazırlanarkən ağızdan su damcılarının yayılmasının qarşısını alan bu vasitənin çoxsaylı nümunələri təhlil edilib.

Tədqiqatçıların bildirdiyinə görə, hazırda populyar olan tibbi maskaların əksəriyyəti ağız damcılarının təqribən 30 faizinin yayılmasının qarşısını alır. Yeni maskanın bu göstəricisi isə 70 faizə çatır.

Eyni zamanda, üz üçün yeni maskanın həm eynəkdən, həm də maskadan ibarət olduğu bildirilir. Yemək yeyərkən və su içərkən onu çıxarmağın çox rahat olduğu da qeyd edilir.