Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqat istiqamətləri genişlənir
09.10.2020 12:51
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqat istiqamətləri genişlənir

AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilməsi ilə bağlı iclas keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adının dəyişdirilərək “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırıldığını bildirib. Bu münasibətlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təbriklərini çatdıran İ.Həbibbəyli müəssisədə fəlsəfə elmi ilə yanaşı, sosiologiya sahəsində də elmi tədqiqatların aparılmasının qurumun elmi fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək müəssisənin kollektivi adından göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda müəssisənin əməkdaşları institutun adının dəyişilməsi və perspektivdə görüləcək işlərlə bağlı öz fikirlərini diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: