Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
08.10.2020 16:03
  • A-
  • A
  • A+

Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Quru onurğasızları laboratoriyasının müdiri, həmin laboratoriyanın aparıcı elmi işçisi, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi və Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi vəzifələrinin hər birinə bir yerdir.

Müsabiqədə qeyd olunan ixtisasa malik, biologiya üzrə elmi dərəcəsi olan elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1004, Bakı şəh., A.Abbaszadə küç., 1128 döngə, 504 məhəllə

Tel.: (+994 12) 539 73 71

E-mail: info@zoology.science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: