Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutundan ordumuza dəstək
06.10.2020 17:14
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutundan ordumuza dəstək

27 sentyabr saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində atəşkəs rejimi pozulub. Cəbhənin müxtəlif yerlərindən açılan intensiv atəş nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş Qarabağ torpaqlarımızda uğurlu döyüş əməliyyatları apararaq 30 ilə yaxın davam edən həsrətə son qoymaqdadır. Ard-arda gələn qələbələr hər bir azərbaycanlıda böyük qürur və sevinc hisləri yaradır.

Milli Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun kollektivi və institutun nəznində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosu  Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 17 800 manat vəsait köçürüblər.

Biz inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbə çalacaq! Ordumuza və Prezidentimizə dəstək olmağa hər zaman hazırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: