Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Azad Həmkarlar İttifaqı və ilk təşkilatları Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
06.10.2020 15:53
  • A-
  • A
  • A+

AMEA-nın Azad Həmkarlar İttifaqı və ilk təşkilatları Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan-Ermənistan sərhəddində sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və sərhədboyu ərazilərimizi iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində başlanmış olan müharibə nəticəsində  mülki vətəndaşlar və hərbçilər müxtəlif dərəcəli ağır xəsarətlər alıb və həlak olublar.

Belə bir həssas dönəmdə bir çox dövlət qurumları və özəl təşkilatlar kimi AMEA-nın Azad Həmkarlar İttifaqı və ilk təşkilatları da orduya dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ilkin olaraq 20.000 (iyirmi min) manat ianə edib, əlavə olaraq isə 40.500,00 (qırx min beş yüz) manat məbləğində vəsait köçürüb və bu proses davam etdiriləcək. Bugünkü ianədə iştirak etmiş təşkilatlar aşağıdakılardır:

- AMEA Azad Həmkarlar İttifaqının aparat işçilərinin əmək haqqından – 3.000,00 AZN;

- İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsi – 6.000,00 AZN;

- Hüseyn Cavidin Ev Muzeyinin Həmkarlar Komitəsi – 1.500,00 AZN;

- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Həmkarlar Komitəsi – 8.000,00 AZN;

- Əlyazmalar İnstitutunun Həmkarlar Təşkilatı – 3.000,00 AZN;

- Radiasiya Problemləri İnstitutunun Həmkarlar Komitəsi – 2.000,00 AZN;

- Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi – 2.000,00 AZN;

- Neft Kimya Prosesləri İnstitutunun Həmkarlar Komitəsi – 3.000,00 AZN;

- İqtisadiyyat İnstitutunun Həmkarlar Komitəsi – 1.000,00 AZN;

- Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Komitəsi – 5.000,00 AZN;

- Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Həmkarlar Komitəsi – 6.000,00 AZN.

Habil QURBANOV, AMEA Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: