Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Dilqəm Tağıyev İspaniyada elmi ezamiyyətdə olub
09.12.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyev İspaniyada elmi ezamiyyətdə olub

AMEA Kimya Elmləri Bölməsinin akademi-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev İspaniyada elmi ezamiyyətdə olub. Məqsəd birgə aparılan tədqiqatların müzakirəsi, gələcək elmi layihələrlə bağlı fikir mübadiləsi aparmaq idi.

Səfər çərçivəsində akademik D.Tağıyev ilə İspaniya Krallığının Donostia Beynəlxalq Fizika Mərkəzinin prezidenti, prof. Pedro Eçenike arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilədə mərkəzdə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda sintez olunacaq yeni qeyri-üzvi maddələrin, o cümlədən laylı quruluşa malik topoloji izolyatorların tədqiqi, müştərək layihələrin icrası, məqalələrin dərci və digər məsələlər öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: