Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kiçik Qafqaz dağlarının torpaqlarının modelləşdirilməsi aparılıb
24.09.2020 17:01
  • A-
  • A
  • A+

Kiçik Qafqaz dağlarının torpaqlarının modelləşdirilməsi aparılıb

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, a.e.ü.f.d. Elton Məmmədovun Almaniya və Polşa alimləri ilə birgə elmi məqaləsi nüfuzlu “Communications in Soil Science and Plant Analysis” beynəlxalq impakt faktorlu jurnalında nəşr olunub.  

“Visible and Near-Infrared Reflectance Spectroscopy for Assessment of Soil Properties in the Caucasus Mountains, Azerbaijan” adlı məqalədə dağlıq ərazilərdə torpaqların əsas fiziki-kimyəvi göstəricilərinin spektroskopik məlumatlar əsasında modelləşdirilməsi tədqiq olunub. Araşdırmalar Azərbaycan ərazisində, Kiçik Qafqaz dağlarının alçaqdağlıq zonasında aparılıb və həmin zonanın torpaqlarında üzvi karbonun miqdarı, torpağın mühit reaksiyası, karbonatlıq (CaCO3), qranulometrik tərkib və rütubətliyin miqdarı hiperspektral məlumatlar əsasında uğurla modelləşdirilib.

Tədqiqat işində spektral məlumatların çoxsaylı transformasiyalarından istifadə olunmaqla ayrı-ayrı göstəricilərin proqnozlaşdırılması üçün əhəmiyyətli dalğa uzunluqları müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: