Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kosmik Məsələlər üzrə Şura yaradılıb
24.09.2020 12:25
  • A-
  • A
  • A+

Kosmik Məsələlər üzrə Şura yaradılıb

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilib.

Şuranın tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Azərbaycan Respublikasının Maliyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: