Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutu Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək
24.09.2020 11:54
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Müqavilə Lənkəran bölgəsinin təbii minerallarının və aqrar-sənaye sahəsi tullantılarının polimerlərdə doldurucu kimi tətbiqinin öyrənilməsini əhatə edir. Sözügedən sənəd çərçivəsində Lənkəran bölgəsinin aqrar və sənaye müəssisələrinin tullantıları əsasında biopolimerin alınması və tədqiqi, biopolimer birləşmələrində tətbiq edilə biləcək əsas tullantıların müəyyən edilməsi, təbii minerallar əsasında mexaniki-kimyəvi sintez üsulu ilə yüksək keyfiyyətə malik polimer kompozitlərin alınması, onların fiziki-mexaniki və reoloji xassələrinin öyrənilməsi planlaşdırılır.

Bundan əlavə, LDU-nun əməkdaşları ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, magistr, doktorant və dissertantların hazırlanması, əməkdaşlıqdan alınan nəticələrin müzakirəsi, patent, məqalə və məruzə-tezislərin nəşri  də nəzərdə tutulur.

2020-2027-ci illəri əhatə edəcək müqaviləni PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: