AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Neft kimyası”, “Nanomateriallar kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə magistratura pilləsinə qəbul olan I kurs magistrantlarla görüş keçirilib.
Karantin rejiminin tələblərinə uyğun olaraq və sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə çıxış edən institutun direktoru, akademik Vaqif Abbasov tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.