Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Dilqəm Tağıyevin biblioqrafik göstəricisi hazırlanıb
11.09.2020 15:23
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyevin biblioqrafik göstəricisi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli kimyaçı alim, akademiyanın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından” biblioqrafik göstəricisi hazırlanıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Vaqif Fərzəliyev, ixtisas redaktoru və məsləhətçisi, MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri Günel Əsgərova və Türkan Vahidovadır.

Biblioqrafik göstərici D.Tağıyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1969-2019-cu illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir.

AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görən vəsait kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: