Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rəsədxanada beynəlxalq layihə üzrə işlər uğurla davam etdirilir
11.09.2020 14:13
  • A-
  • A
  • A+

Rəsədxanada beynəlxalq layihə üzrə işlər uğurla davam etdirilir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 2 metrlik teleskopunda Gaia Science Alerts proqramı çərçivəsində aşkar edilmiş transient obyektlərin (Gaia20blb, Gaia20cxk, Gaia20cek, Gaia20bpl, Gaia20bor) spektral müşahidələri aparılıb (N.İsmayılov, X.Mikayılov, O.Xəlilov, İ.Ələkbərov, S.Alışov, S.Bağırlı).

Müşahidələrdə 2020-ci ildə zəif səma cisimlərinin spektral müşahidəsinin aparılması üçün teleskopun Kasseqren fokusunda yeni quraşdırılmış  UAGS + obyektiv Canon EF (f = 200 mm, f / 2) + işıqqəbuledici Andor (ikonL-936-BEX2-DD 2048x2048, px = 13,5 mkm) spektroqrafdan istifadə olunub. Spektral diapazon 3750-7650 Å, spektral ayırdetmə 6 Å/pikseldir. Müşahidə materialından alınan ilkin nəticələr Polşa və Litvadan olan həmkarlarla birgə Beynəlxalq Astronomiya İttifaqının (IAU) "The Astronomers Telegram" onlayn məlumat sitemində dərc olunub.

Qeyd edək ki, bu layihə çərçivəsində son dövrlərdə ŞAR tərəfindən alınan yeni məlumatlar həmin dövri nəşrin bir neçə nömrəsində işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: