Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Geomorfologiya və ətraf mühit” kitabı işıq üzü görüb
11.09.2020 14:11
  • A-
  • A
  • A+

“Geomorfologiya və ətraf mühit” kitabı işıq üzü görüb

AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun müəllifi olduğu “Geomorfologiya və ətraf mühit” kitabı çap olunub.

Nəşrdə geomorfologiyanın, xüsusilə də relyef və ətraf mühit arasında qarşılıqlı əlaqənin bir sıra problem məsələlərinə həsr edilmiş elmi və qismən də elmi-populyar məqalələr toplanıb. Məqalələrdə Azərbaycanda geomorfologiya elminin inkişafı, relyefin mühit əmələgətirici funksiyası baxımından ekoloji şəraitə təsiri və faydalı qazıntı yataqlarının axtarışında rolu ilə yanaşı, ölkənin təbiət abidələri və onların ekoturizm əhəmiyyəti, eləcə də Xəzər dənizinin səviyyə tərəddüdünün bəzi aspektləri haqqında məlumatlar yer alıb.

Vəsait yer elmləri sahəsində çalışan mütəxəssislər və ali məktəblərin müəllim və tələbələri,  eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: