Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimin biblioqrafiyası çapdan çıxıb
11.09.2020 10:18
  • A-
  • A
  • A+

Kimyaçı alimin biblioqrafiyası çapdan çıxıb

Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, professor Arif Həsənovun biblioqrafiyası çapdan çıxıb. 

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında çapdan çıxmış biblioqrafiya 1963-cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə edir.

Nəşrdə Arif Həsənovun həyatı və ictimai fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin siyahısı, rəhbərlik etdiyi və ya məsləhətçisi olduğu dissertasiyalar, həmçinin alimin müxtəlif toplularda, jurnallarda, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, müəlliflik şəhadətnamələri, patentləri, dərslik və monoqrafiyaları haqqında məlumatlar yer alıb.

Biblioqrafiyadakı materiallar xronoloji ardıcıllıqla yerləşdirilib və professor A.Həsənovun əsərlərinin əlifba göstəricisi verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: