Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
10.09.2020 14:58
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

Regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib.

Təşəbbüsə öz elmi resurslarını təqdim etməklə ilk qoşulan AMEA-nın Gəncə Bölməsi olub. Bununla əlaqədar yaradılmış İşçi qrup bölmə alimlərinin elmi əsərlərinin kolleksiyasını, elektron formatda zəruri biblioqrafik resursları MEK-ə təqdim edib.

Artıq təqdim edilən elmi nəşrlər beynəlxalq biblioqrafik standartalara uyğun işlənilib, məlumat bazasında yerləşdirilib və onların sərgisi təşkil edilib. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: