Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlı kitab işıq üzü görüb
09.09.2020 09:21
  • A-
  • A
  • A+

“Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlı kitab işıq üzü görüb

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev və Xəyyam Rəhimovun müəllifi olduqları “Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” kitabı çapdan çıxıb.

Nəşrdə Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslıq elminin əsasını qoymuş görkəmli tədqiqatçı, professor İvan Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi Ənvər Şıxlinskinin, həmçinin meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Əliabbas Mədətzadənin və kompleks iqlimşünaslığın və aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş professor Əsgər Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: