Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” adlı kitab nəşr olunub
08.09.2020 12:45
  • A-
  • A
  • A+

“Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” adlı kitab nəşr olunub

AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyevin “Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur.

Kitabda ilk dəfə kompleks şəkildə ölkəmizdə coğrafiya elminin inkişaf tarixinə, formalaşma mərhələlərinə və müasir tədqiqat istiqamətinə dair elmi fikirlər və təcrübi nəticələr dövrlər üzrə təhlil olunub. Təhlillər Azərbaycan coğrafiya elminin inkişaf tarixinə dair çoxillik tədqiqatlar əsasında aparılıb.

Monoqrafiyada, həmçinin Azərbaycanda coğrafiya elmi məktəbinin baniləri haqqında geniş məlumat verilib.

Yeni nəşr tədqiqatçı alimlər, tələbələr və geniş ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: