Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gəlir vergisi” kitabı çap olunub
08.09.2020 11:12
  • A-
  • A
  • A+

“Gəlir vergisi” kitabı çap olunub

İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev, institutun şöbə müdiri, i.f.d., dos. Yaşar Məmmədov və i.f.d. Aygün Musayevanın müəllifi olduqları “Gəlir vergisi” kitabı nəşr olunub. İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru i.f.d., dos. Əlövsət Əliyev, rəyçiləri professorlar Vahid Novruzov və Müşviq Atakişiyevdir.

Monoqrafiyada gəlir vergisinin nəzəri əsasları, səciyyəvi xüsusiyyətləri, fiskal siyasətdə, iqtisadiyyatda formalaşan gəlirin bölüşdürülməsində oynadığı rol, gəlir vergisinin istehlak vergisi ilə müqayisəsi, gəlir vergisinə cəlb olunan gəlirin formalaşma mənbələri araşdırılıb və xüsusi yanaşma ilə sistemləşdirilib. Gəlir vergisindən azadolmalar sistemi qüvvədə olma müddətinə, əhatə dairəsinə, subyektinə, məqsədinə, xarakterinə, digər xüsusiyyətlərinə görə təsnifləşdirilib. Kitabda gəlir vergisinin proqnozlaşdırma metodologiyasına, ekonometrik və optimallaşdırma modellərinə, gəlir vergisinin marjinal və effektiv dərəcələrinə və bu sahədə beynəlxalq təcrübəyə geniş yer verilib.

Yeni nəşr vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az 

  • Paylaş: