Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunda yeni iş mövsümünün başlanması ilə əlaqədar olaraq hazırlıq işləri görülür
08.09.2020 09:34
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda yeni iş mövsümünün başlanması ilə əlaqədar olaraq hazırlıq işləri görülür

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin xüsusi karantin rejimində yenidən təşkili ilə bağlı keçirilən onlayn iclasda institutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev bu barədə məlumat verib. Bildirib ki, Azərbaycanda COVID-19 virusunun yayılmağa başladığı və karantin rejiminin elan edildiyi ilk günlərdən etibarən institutda müəyyən qabaqlayıcı tədbirlər görülüb, iş otaqlarında və həyətdə xüsusi yuyucu maddələrlə dezinfeksiya işləri aparılıb.

O, AR Nazirlər Kabinetinin tələbləri və AMEA Rəyasət Heyətinin qərarlarına müvafiq olaraq, karantin rejimi müddətində qurumun Mühafizə Xidməti tərəfindən video-müşahidə sistemi vasitəsilə instituta giriş-çıxış məsələsinə nəzarət edildiyini vurğulayıb.

Direktor müavininin sözlərinə görə, dövlətin koronavirus pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarların icrası, eləcə də yeni iş mövsümündə işə çıxmasına icazə verilən əməkdaşların təhlükəsizliyinin qorunması məqsədilə sosial məsafənin saxlanılması və müxtəlif dezinfeksiyaedici vasitələrdən istifadə olunmasına ictimai nəzarət həyata keçiriləcək.

Ş.Mehdiyev, həmçinin qabaqlayıcı tədbirlər çərçivəsində institutun tibbi maskalar, antiseptik vasitələr və teplovizorlarla təchiz olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, birbaşa təmasın maksimum dərəcədə azaldılması və xüsusi sanitar təhlükəsizlik qaydalarına riayət edilməsi məqsədilə iclas və toplantıların yalnız virtual texnologiyalar əsasında təşkilinə davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: