Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunun aliminin Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyəti
07.09.2020 16:25
  • A-
  • A
  • A+

Botanika İnstitutunun aliminin Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyəti

Son illərdə Azərbaycanda elm və təhsilin vəhdəti, elmi-tədqiqat müəssisələrində çalışan alim və mütəxəssislərlə əməkdaşlıq və bu sahədə əldə edilən mühüm yeniliklər məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında uğur qazanmasında böyük rol oynayır. Bu sahədə uğurlu fəaliyyət kimi cari ildə Yaponiyanın Naqasaki şəhərində keçirilməsi nəzərdə tutulan, lakin mövcud pandemiya şəraitinə görə virtual formatda baş tutan “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimizin nailiyyətlərini qeyd etmək olar.

Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, 1990-cı ildən dünyanın müxtəlif ölkələrinin ev sahibliyi etdiyi beynəlxalq olimpiadanın məqsədi şagirdlərin biologiya elminə və müasir bioloji təfəkkürün formalaşmasına maraqlarını artırmaqdır. 1994-cü ildən bu mötəbər yarışda iştirak edən milli komandamızın bilik yarışına nəzəri və praktik hazırlığında Botanika İnstitutu da töhfə verib.

Xatırladaq ki, avqustun 7-12-də 52 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Rəşad Səlimovun rəhbərliyi, alim və mütəxəssislərin elmi dəstəyi ilə məktəblilərimiz böyük uğura imza atıblar. Azərbaycan məktəbliləri Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək 1 qızıl, 3 gümüş medal qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: