Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.09.2020 14:13
  • A-
  • A
  • A+

Hüquq və İnsan Haqları İnstitutunun həmtəşkilatçılığı ilə onlayn konfrans keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun həmtəşkilatçılığı ilə onlayn konfrans keçirilib

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyi, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsi və Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib.

Tədbir “Birləşmiş Ərəb Əmirliklərində gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusuna həsr olunub.

Konfransda Hüquq və İnsan Haqları İnstitutunu qurumun elmi işlər üzrə direktor müavini, professor Lalə Əhmədova təmsil edib.

O, onlayn tədbirdə “Azərbaycan gender siyasətinin prioritetlərini dəstəkləyir” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: