14-25 sentyabr 2020-ci il tarixlərində Çin Hüquq Cəmiyyəti, Çin Hüquq Mübadilə Mərkəzi və Şanxay Siyasi-Hüquq İnstitutunun birgə təşəbbüsü ilə “Avrasiya bölgəsində qanunun aliliyi” mövzusunda vebinar keçiriləcək.
Vebinar “Bir kəmər, bir yol” marşrutu boyunca olan ölkələr arasında qarşılıqlı anlaşma və dostluğu möhkəmləndirmək, eyni zamanda, Çin və Avrasiya ölkələrinin hüquq və ədliyyə sahələri arasında praktiki əməkdaşlığı stimullaşdırmaq məqsədilə baş tutacaq.
Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunu nümayəndə qismində institutun dissertantı Eldar Qocayev təmsil edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.