Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“AzScienceNet” ilə GEANT arasında əməkdaşlıq genişlənir
03.09.2020 09:37
  • A-
  • A
  • A+

“AzScienceNet” ilə GEANT arasında əməkdaşlıq genişlənir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi ilə GEANT Assosiasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir.

İnstitutda GEANT-ın “PerfSonar”, “FileSender”, “EduMeet”, “LoLa” “EduRoam”, “EduGain” və s. xidmətlərindən istifadə olunur.

“EduRoam” xidməti elm və təhsil şəbəkəsi istifadəçilərinin dünyanın müxtəlif yerlərində əlavə avtorizasiya prosesi keçmədən internetə daxil olmasına şərait yaradır. “EduGain” isə elm və təhsil şəbəkəsi istifadəçilərinin müxtəlif internet xidmətlərindən istifadə etməsi üçün yaradılmış federativ avtorizasiya sistemidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: