Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ədəbiyyat Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni üzvləri təsdiqlənib
02.09.2020 15:04
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni üzvləri təsdiqlənib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi gənc tədqiqatçıları ilə daha sıx elmi və təşkilati əlaqələr qurmaq üçün hər il yeni doktorant və dissertantlarını Gənc Alim və Mütəxəssislər Şurasına üzv qəbul edir. Bu il də yaşı uyğun olan doktorant və dissertantların muzeyin sözügedən şurasına üzv seçilməsi məqsədilə onlayn iclas keçirilib.

İclasda yeni üzvlərə şuranın iş prinsipi, qayda və tələbləri izah olunub. Dissertant fil.ü.e.d., dos. Vüsalə Ağabəyli, dissertant fil.ü.e.d. Mahirə Hacıyeva, doktorantlar İlahə Abbaslı, Murad Həsənli, İnci Həşimova və Elnarə Kərimova səsvermə yolu ilə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasına üzv olaraq qəbul ediliblər.

Daha sonra yeni üzvlərin sualları şuranın sədri Dilbər Hüseynova və Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva tərəfindən cavablandırılıb, üzvlərin təklifləri qiymətləndirilib.

Sonda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti planları, görüləcək işlər barədə müzakirələr aparılıb, gələcək fəaliyyətdə yeni üzvlərin də fəal iştirakını nəzərdə tutan layihələrin hazırlanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: