www.science.az
02.09.2020 14:25

Azərbaycanlı alimin hazırladığı vaksin haqqında “Space TV”də videosüjet yayımlanıb

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanmış vaksin barədə “Space TV”nin “Hər gün” xəbərlər proqramında videosüjet yayımlanıb.

T.Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində hazırladıqları iki vaksinin böyük üstünlüklərə malik olduğunu və heyvanlar üzərində uğurlu nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, yeni mutasiyalara qarşı dayanıqlı olan zülal əsaslı vaksinlər insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Alim bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin qurulduğunu da vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.