Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nəcəf Bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib
02.12.2014 00:00
  • A-
  • A
  • A+

Nəcəf Bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədib Nəcəf Bəy Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli vəsait hesab olunan “Palıd” elmi əsəri araşdırılıb. Qeyd edək ki, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, bu əsər haqqında yalnız bir-iki məqalə dərc olunub, indiyə kimi bütöv şəkildə nəşr edilməmişdir.

Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlamışdır.

“Palıd” elmi əsəri Azərbaycanda meşə təsərrüfatının inkişafı üçün çox dəyərli bir vəsaitdir. Əsərdə ağacların növləri, yaşı, xüsusiyyətləri, kölgəyə davamlılığını təyin etmək və bu kimi digər mövzular yer almışdır.

Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu istiqamətdə tədqiqat aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: