Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkında abadlıq və yenidənqurma işləri aparılıb
31.08.2020 15:42
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında abadlıq və yenidənqurma işləri aparılıb

Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasında hər bir vətəndaş yaxından iştirak etməlidir. Bu istiqamətdə AMEA-nın Yüksək Texnologiyalar Parkında abadlıq və yenidənqurma işləri aparılıb.

Belə ki, abadlıq-quruculuq işləri çərçivəsində ərazidə təmizlik işləri həyata keçirilib, yol kənarı bardürlər ağardılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, YT Parkda mütəmadi olaraq iməcliklərin keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: