Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 2 minədək bakalavr ərizəsini təsdiqlədib
31.08.2020 14:24
  • A-
  • A
  • A+

Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün 2 minədək bakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzi xəbər verir ki, bu gün saat 11:55-dək boş qalan plan yerlərinə qəbul olmaq üçün 1974 bakalavr (Azərbaycan bölməsi - 1907; rus bölməsi – 67) ərizəsini təsdiq edib.

Qeyd edək ki, magistratura pilləsi üzrə boş qalan plan yerlərinin sayı 1683-dür. Bu yerlərin 128-i dövlət sifarişlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: