Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsi öyrənilir
27.08.2020 14:31
  • A-
  • A
  • A+

Müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsi öyrənilir

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları karantin rejimi şəraitində COVID-19 pandemiyasının yayılmasına təsir edən landşaft planlaşdırılması mövzusunu əhatə edən layihə üzərində işləyirlər.

“Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CIS əsasında tədqiqi” adlanan bu layihə AMEA və İtaliya Milli Tədqiqat Şurası arasında imzalanmış elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. Layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir.

Layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə, daha çox sahələrdə ətraflı tədqiqatlar aparmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: