Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın Şimal-Qərb bölgəsinin turizm potensialı tədqiq olunub
26.08.2020 15:29
  • A-
  • A
  • A+

Azərbaycanın Şimal-Qərb bölgəsinin turizm potensialı tədqiq olunub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib.

Mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçiriblər. Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələrilə yanaşı, bu sektorda mövcud olan bir sıra problemlər də müəyyənləşdirilib.

Coğrafiyaçı alim qeyd edib ki, bunlara baxmayaraq, tədqiq olunan Mahamalar, Salban, Qabqçöl, Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axını gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: