Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Nailə Vəlixanlı “Birliyin ulduzları” mükafatına layiq görülüb
25.08.2020 14:02
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı “Birliyin ulduzları” mükafatına layiq görülüb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən 2019-cu il üçün “Birliyin ulduzları” mükafatına layiq görülüb.

Bu barədə məlumat Fondun icraçı direktoru Elvira Dolya tərəfindən akademik Nailə Vəlixanlıya göndərilmiş məktubda qeyd edilib. Məktubda bildirilib ki, mükafatın verilməsi MDB ölkələri tərəfindən Nailə Vəlixanlının yaradıcı əməyinə və humanitar sahədəki uğurlarına verilən yüksək qiymətləndirmədən xəbər verir.

Qeyd edək ki, “Birliyin ulduzları” dövlətlərarası mükafatı diplomdan, mükafat laureatının fəxri nişanından və ona verilən sertifikatdan ibarətdir və hər il təntənəli şəkildə təqdim olunur. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, mükafatlandırılma mərasiminin formatı hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: