Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunun əməkdaşları respublikanın herpetofaunasını tədqiq ediblər
24.08.2020 11:27
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları respublikanın herpetofaunasını tədqiq ediblər

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova və Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə iyul və avqust aylarında respublikanın İsmayıllı, Qəbələ, Daşkəsən, Gədəbəy rayonlarında və ətraf ərazilərdə ekspedisiyada olublar.

Ekspedisiya zamanı elmi tədqiqat planına uyğun olaraq çöl tədqiqatları aparılıb. Qeyd olunan ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən amfibi növlərindən Karelin tritonu və Qafqaz quru qurbağasının yeni yayılma nöqtələri müəyyən edilib. Tədqiqat ərazilərində, həmçinin amfibi və reptililərin bir sıra adi növləri qeydə alınıb. Rast gəlinən növlərin reproduktivlik xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: