Ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tədricən yumşaldılması və COVID-19 xəstəliyinə yoluxma sayında azalmaların müşahidə olunmasını nəzərə alaraq akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda məzuniyyətdən qayıdan işçilərin nizam-intizamının təmin olunması və karantin tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəssisənin əməkdaşları laboratoriyalar üzrə tərtib olunmuş növbəlilik qrafiki əsasında işə cəlb olunublar. Bu zaman həftə ərzində işə gələn işçilərin sayının 50%-dən çox olmaması əsas götürülüb. Yaşı 65-dən yuxarı olanların ümumiyyətlə işə gəlməməsi təmin edilib.
Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq institutda qoruyucu tədbirlərə ciddi şəkildə əməl olunur. Belə ki, əməkdaşların hərarəti ölçülür, qoruyucu maska və dezinfeksiya vasitələrindən istifadə etməklə sosial məsafə saxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.