Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər Botanika İnstitutunun Botanika Muzeyini ziyarət ediblər
24.11.2014 00:00
  • A-
  • A
  • A+

Məktəblilər Botanika İnstitutunun Botanika Muzeyini ziyarət ediblər

AMEA Botanika İnstitutunun Botanika Muzeyi artıq ziyarətçilərin ixtiyarına verilib. 

Avropa liseyinin VII-IX sinif şagirdləri liseyin biologiya üzrə müəllimləri Səidə Quliyeva və Olqa Hümbətovanın rəhbərliyi ilə Botanika Muzeyini ziyarət ediblər. Şagirdlər muzeydə nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgisi ilə, Azərbaycan florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi və interaktiv xəritə ilə tanış olublar. 

İnstitutun mütəxəssisləri ziyarətçilərə Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında geniş məlumat veriblər. Məktəblilərə, həmçinin Mərkəzi Nəbatat Bağında saxlanılan relikt bitkilərin canlı kolleksiyasını nümayiş etdirilib. 

Sərginin nümayişi üçün istifadə edilən interaktiv müasir avadanlıqlar məktəblilərin böyük marağına səbəb olub və müzakirələr zamanı şagirdlər onları maraqlandıran təkliflərlə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: