Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında onlayn astroseminar keçirilib
18.08.2020 10:31
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında onlayn astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Qoca Veronikanın Saçları ulduz topasına aid olan 17 Com maqnit ulduzunun kompleks tədqiqi” mövzusunda onlayn astroseminar keçirilib.

Tədbirdə rəsədxananın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sabir Əliyevin sözügedən mövzu ilə bağlı məruzəsi dinlənilib. Alim tədqiqat işində 17 Com maqnit ulduzunun fotometrik, maqnit və spektral dəyişən maqnit müşahidələr əsasında kompleks tədqiq edildiyini bildirib. Diqqətə çatdırıb ki, işin əsas məqsədi daha çox təkamül etmiş bu ulduzun atmosferinin əsas parametrlərini və təkamül statusunu müəyyənləşdirərək eyni tip cavan maqnit ulduzları ilə müqayisə etməkdən ibarətdir.

Aparılan tədqiqatlar zamanı 17 Com maqnit ulduzunun baş ardıcıllığın ən çox təkamül edən ulduzları qrupuna aid olması aşkarlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: