Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzinin iclasında bir sıra məsələlər müzakirə olunub
17.08.2020 14:01
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin iclasında bir sıra məsələlər müzakirə olunub

Avqustun 17-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi Şurasının iclası keçirilib.

Karantin rejiminin tələblərinə uyğun olaraq sanitar-epidemioloji tələblərə riayət etməklə keçirilən tədbirdə ŞREM-də cari il ərzində yeni elmi istiqamətlər üzrə görülən işlər, karantin dövründə elmi tədqiqatların yerinə yetirilməsi sahəsində mövcud vəziyyət, problemlər və həlli istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Bundan əlavə, mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün AMEA Rəyasət Heyətinin 4/3 saylı qərarının 5-ci bəndində qeyd olunan yarım bəndlərin icrası ilə bağlı məlumatı dinlənilib və qəbul edilib.

İclasda, həmçinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli qərarına əsasən yenidən hazırlanmış ŞREM-in Əsasnaməsi ilə bağlı məlumat verib. Müzakirələrdən sonra təkliflərin ümumiləşdirilərək Rəyasət Heyətinə göndərilməsi qərara alınıb.

Sonra qurumun Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, Azərbaycan Universitetinin dissertantı Pakizə Əliyevanın dissertasiyası işinin vəziyyətinə dair məlumatı dinlənilib. Şura üzvləri tərəfindən dissertasiya işinin yüksək peşəkarlıq səviyyəsində yerinə yetirildiyi qeyd olunub və müdafiəyə buraxılması tövsiyə edilib.

Sonda mərkəzdə distant tədris mərkəzinin yaradılması sahəsində ortaya çıxan problemlər müzakirə edilib, əməkdaşlar tərəfindən çap üçün hazırlanmış elmi məqalələrə dair məlumatlar dinlənilib, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: