Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim nüfuzlu jurnala rəyçi seçilib
17.08.2020 13:33
  • A-
  • A
  • A+

Azərbaycanlı alim nüfuzlu jurnala rəyçi seçilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  nüfuzlu “Open Computer Science” jurnalına rəyçi seçilib.

Dünyanın “Scopus” və “Web of Science” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, sistem və proqram mühəndisliyi, kompüter elminin nəzər əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.

Qeyd edək ki, jurnal həm də “Inspec”,  “CNKI”, “DOAJ”, “EBSCO”, “Google Scholar”, “Microsoft Academic”  və s. tanınmış beynəlxalq bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: