Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İsmayıllıda qazıntı zamanı tarixi abidə və sənət nümunələri tapılıb
12.08.2020 13:11
  • A-
  • A
  • A+

İsmayıllıda qazıntı zamanı tarixi abidə və sənət nümunələri tapılıb

İsmayıllı rayonunun Kürdüvan kəndində avtomobil yolunun tikintisi zamanı eramızdan əvvəlki və sonrakı dövrə aid olduğu ehtimal edilən tikili qalıqları, habelə 100-ə yaxın maddi-mədəniyyət nümunəsi - qab, bəzək əşyaları və pul sikkələri aşkarlanıb.

Rayon icra hakimiyyətinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri əraziyə baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb və sözügedən ərazinin mühafizəsi təmin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: