Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“AzScienceNet” pandemiya müddətində fasiləsiz xidmət göstərib
12.08.2020 10:12
  • A-
  • A
  • A+

“AzScienceNet” pandemiya müddətində fasiləsiz xidmət göstərib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin pandemiya müddətində fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün işçi qrupu yaradılıb.

İşçi qrup ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Data Mərkəzin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərib.

Elmi müəssisənin əməkdaşları tərəfindən, həmçinin Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən videokonfransa texniki dəstək verilib. Bundan əlavə, pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda videokonfransların təşkili üçün “Zoom” proqramlarının quraşdırılmasına kömək göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: