Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəsur və qürurlu ölkənin təmənnasız həkimləri - yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi
10.08.2020 13:43
  • A-
  • A
  • A+

Cəsur və qürurlu ölkənin təmənnasız həkimləri - yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş xeyli sayda tibbi müəssisə - xəstəxana, poliklinika və s. tikilib istifadəyə verilib və səhiyyə sisteminin inkişafına hər il dövlət büdcəsindən milyonlarla manat vəsait sərf edilir.

Bu sözlər AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Cəsur və qürurlu ölkənin təmənnasız həkimləri - yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi” adlı məqaləsində yer alıb.

Ölkəmizdə COVID-19-la mübarizənin tədricən müsbət dinamikaya qədəm qoyduğunu qeyd edən müəllif bu istiqamətdə həkimlərimizin əməyini yüksək qiymətləndirib, kubalı həkimlərin Azərbaycana gəlişinə böyük önəm verdiyini bildirib.

Geoloq alim hələ sovet dönəmində texniki yardım çərçivəsində filiz yataqlarının axtarışında və öyrənilməsində həmkarlarına yardım məqsədilə Kubada 3 illik ezamiyyətdə olarkən yerli həkimlərin bacarığını və eləcə də  Kubanın öndə gedən səhiyyə sistemini müşahidə etmiş bir şəxs kimi təəssüratlarını bölüşüb. Məqalədə bildirilir ki, həmin dövrdə bu ölkədə texniki sahələr üzrə mütəxəssis çatışmazlığına baxmayaraq, səhiyyə yüksək səviyyədə inkişaf etmişdi. Dərmanların böyük əksəriyyəti yerli istehsal olmaqla ixtisaslı həkimlər müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalarda xalqa xidmət edirdilər. İndi də Kuba səhiyyəsi dünyada çox yüksək qiymətləndirilən bir səviyyədə inkişaf edib.

R.Fətəliyev onu da diqqətə çatdırıb ki, ötən əsrin 60-80-ci illərində 700-ə yaxın kubalı tələbə Bakıda texniki sahədə təhsil alırdı və onların problemlərinin həlli üçün Bakıda hətta müvəqqəti konsulluq xidməti də təşkil edilmişdi. Alim həkim ixtisaslarına yiyələnmək üçün 100 azərbaycanlı tələbənin hər il olmaqla beş il dalbadal dövlət hesabına Kubaya göndərilməsini təklif edib və bunun digər ölkələrlə müqayisədə iqtisadi cəhətdən və keyfiyyət baxımından daha sərfəli olacağına əminliyi vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: