www.science.az
04.08.2020 12:14

Akademik Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında Azərbaycanın görkəmli bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti, akademik Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

Ruslan Biryukov ifadan əvvəl əsər haqqında ətraflı məlumat verib.

“Noktürn” məşhur ifaçılar R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.