AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çapdan çıxıb.
Nəşrin məsləhətçisi və "Ön söz"ün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin “Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi” adlı yazısı ilə açılır.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru professor Alxan Bayramoğlu, tərtibçiləri professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.
Kitaba Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” monoqrafiyası və seçilmiş məqalələri daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.